Separatçılar Qarabağda rus “sülhməramlıları”nın pərdəsi altında xəndəklər qazır - VİDEO

5 Fevral 2022 01:50 Araşdırma 473
Separatçılar Qarabağda rus “sülhməramlıları”nın pərdəsi altında xəndəklər qazır - VİDEO

Dəmir yumruğun təsiri altından hələ də çıxa bilməyən ermənilər, deyəsən, daha şiddətli zərbə almaq istəyirlər.

Belə ki, onlar üzdə azərbaycanlılarla barışmaq niyyətlərini ifadə etsələr də, xəlvətcə yeni qarşıdurmaya hazırlaşırlar.

Bunu Caliber.az-ın yaydığı son görüntülər də sübut edir.

Burada separatçıların rus "sülhməramlılarının” pərdəsi altında ekskavatorun köməyi ilə xəndəklər qazması əks olunur.

Görüntülərin bu gün Ağdam istiqamətində, günorta saatlarında qeydə alındığı bildirilib.

Ümid edirik ki, bu işlərin qarşısının alınması üçün lazımi tədbirlər vaxtında görüləcək.

"Sülhməramlılara” onların əsl vəzifələri, separatçılara isə onların aqibəti bir daha xatırladılacaq.

Digər Xəbərlər
Xəbər Lenti