Xarici klub yeni aldığı azərbaycanlı forvarda MİLYONLARLA QİYMƏT QOYDU

4 Fevral 2022 14:00 Araşdırma 1 608
Xarici klub yeni aldığı azərbaycanlı forvarda MİLYONLARLA QİYMƏT QOYDU

Azərbaycan millisinin hücumçusu Mahir Emreli karyerasını Xorvatiyada davam etdirəcək.

25 yaşlı forvard Zaqreb “Dinamo”suna keçib.

“Legiya” ilə müqaviləsini qarşılıqlı razılaşma ilə pozan forvard yeni klubu ilə 4,5 illik müqavilə imzalayıb.

2021-ci ilin yayında “Qarabağ”dan Polşa klubuna keçən Mahir 33 matçda 11 qola imza atıb.

Polşa mətbuatı bildirib ki, onun keçidi 1 milyon avroya gerçəkləşib. Lakin Xorvatiya klubu onun üçün pul ödəməyəcək.

Məsələ ondadır ki, Polşa klubunun “Dinamo”ya borcu qalıb. Lirim Kastratini 1,2 milyon avroya transfer edən “Legiya” zaqreblilərə cəmi 200 min ödəyib.

Vəsaitin digər hissəsinin əvəzində isə Emrelinin transferi reallaşıb. Yığmamızın üzvü ilə qüvvədə olan müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verən “Legiya” bunadək ona hər ay 30 min avro maaş ödəyirdi.

Mahir “Dinamo”da da bu qədər qazanacaq. Xorvatiyanın ən titullu klubu yığmamızın üzvünün transfer dəyərini də müəyyənləşdirib.

Həmyerlimizi almaq istəyən müştəri Zaqreb təmsilçisinə 3 milyon avro ödəməlidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"