Azərbaycan gimnastı “AGF Junior Trophy” turnirində qızıl medal aldı

25 Aprel 2018 00:40 Ağır atletika 699
Azərbaycan gimnastı “AGF Junior Trophy” turnirində qızıl medal aldı

Azərbaycanın bədii gimnastika üzrə yığma komandası Bakıda keçirilən “AGF Junior Trophy” beynəlxalq turnirində 4 medal qazanıb.

Sportinfo.az xəbər verir ki, sonuncu medalı lentlə hərəkətlərdə Arzu Cəlilova əldə edib. O, 15,850 xalla qızıl medala sahib olub.

Futbol üzrə Azərbaycan milli komandasının qapıçılar üzrə məşqçisi Dmitri Kramarenkonun qızı – Rusiya yığmasını təmsil edən Lala Kramarenko 15,700 xalla ikinci yeri tutub.

Bürünc medalı isə 15,600 xalla bolqarıstanlı Tatyana Volojanina əldə edib. Daha əvvəl Nərminə Səmədova topla hərəkətlərdə gümüş, Dərya Farşbafşəhriyari halqa ilə hərəkətlərdə, Azərbaycan millisi isə komanda hesabında bürünc medal əldə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti