"İnanılmaz hisslərdi, mən belə hisslər hələ yaşamamışam".
Sportinfo.az xəbər verir ki, bu barədə tamblinq üzrə Avropa şempionatının qalibi, azərbaycanlı gimnast Mixail Malkin deyib.
M.Malkin öz qələbəsini nənəsinə həsr etdiyini qeyd edib: "Əlbəttə, mənə doğma divarlar və yanımdal olan dostlarım kömək etdi.
Amma doğma divarlarda çıxış etmək çətindi, çünki məsuliyyət artır. Azarkeşləri qeyd etmək istəyirəm, onlar çox dəstəkləyir.
Çempionatda idmançılar arasında dost və döyüş mühiti var, biz bir-birimizi uzun illərdi tanıyırıq".

