"Uğursuzluğun ən böyük səbəbi məşqçi problemidi"

9 Aprel 2018 18:12 Ağır atletika 606
"Uğursuzluğun ən böyük səbəbi məşqçi problemidi"

“Türkiyə atletlərinin uğursuzluğunun ən böyük səbəbi məşqçi problemidi. Çalışdırıcı çox önəmlidi”.

Sportinfo.az xəbər verir ki, bunu azərbaycanlı atlet Ramil Quliyev deyib.

Türkiyə millisinin şərəfini qoruyan və bu ölkəyə ilk dünya çempionluğunu qazandıran həmyerlimiz qonşu ölkə mətbuatına iddialı danışıb.

O bildirib ki, “ay-ulduzlu” idmançıların uğuru üçün əcnəbi məşqçinin gətirilməsi vacibdi: “Əhalisi az olan ölkələr arasında atletikası güclülər də var. Türkiyə isə say baxımından böyük ölkədi.

Yəni əhalinin sayı deyil, məşqçinin səviyyəsi vacibdi. Məşqçisiz nəsə etmək çox çətindi. Ölkə xaricindən çalışdırıcı gətirilməlidi. Bunu etməsək, uğur qazanmaq çətin görünür”.

Quliyev karyerasını bitirdikdən sonra məktəb açmaq istəyini də dilə gətirib: “Karyeramı bitirdikdən sonra Türkiyədə məşqçilik etmək istəyirəm.

Burda bir atletika məktəbi açmaq arzusundayam. Bunun üçün nazirliyin, federasiyanın və klubumuzun dəstəyi lazımdı. Tək başına mümkün deyil”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti