Slovakiyanın Jilina şəhərində üzgüçülük üzrə yeniyetmələrin olimpiya oyunlarına lisenziya verən açıq birincilik keçirilib.
Sportinfo.az xəbər verir ki, yarışda ölkəmizi 9 idmançı təmsil edib.
Maksim Şemberev müxtəlif üsulla 4 qızıl və 1 gümüş medal qazanıb. Fatimə Alkaramova 3 qızıl və 2 bürünc medala yiyələnib.
Millimizin digər üzvlərindən Ayan Kələntərova 1 qızıl, 4 gümüş, Alsu Bayramova 2 qızıl, 1 bürünc, Ramil Vəlizadə 3 gümüş, Rəşad Əlquliyev gümüş və Vəli İsrafilov isə bürünc mükafata sahib çıxıblar.

