Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda gimnastika tirində hərəkətlər üzrə ən yaxşı idmançılar müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, ilk iki yeri müvafiq olaraq 13.400 və 12.933 balla Çin təmsilçiləri Huan Luo və Sziyaqi Lyu əldə ediblər.
Özbəkistan təmsilçisi Oksana Çusovitina isə üçüncü olub (12.866 bal). Bakıda 3-cü ildir ki, təşkil olunan turnirə 25 ölkədən 102 idmançı qatılıb.
Azərbaycan gimnastı Marina Nekrasova Dünya Kubokunun gümüş medalını qazanıb. Təmsilçimiz dayaqlı tullanma hərəkətində 14.216 balla ikinci olub.

