Azərbaycan çempionatının vaxtı

17 Mart 2018 13:00 Ağır atletika 454
Azərbaycan çempionatının vaxtı

Martın 24-də Bakının Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında kişilər, qadınlar və ustadlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dək atlet qüvvəsini sınayacaq.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanılmasıdır. Yarış iki gün davam edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti