"Azərbaycan antisemitizm olmayan yeganə ölkədir" - VİDEO

27 Oktyabr 2020 13:54 Voleybol 686
"Azərbaycan antisemitizm olmayan yeganə ölkədir" - VİDEO

"Hamımız burada yaşayırıq, dünyasını dəyişənlər isə Bakıdakı yəhudi qəbiristanlığında dəfn edilib.

Ona görə biz Azərbaycanı Vətənimiz hesab edirik".

Sportinfo.az xəbər verir ki, bu sözləri voleybol üzrə Azərbaycan yığmasının sabiq üzvü, ölkənin ilk voleybol meneceri Frişman Qriqoriy Moiseyeviç sosial şəbəkədəki video-müraciətində deyib.

“Dini etiqad azadlığı var, qərəz yoxdur. Hamı eyni yaşayır. Bu müharibə haqqında nə demək olar? Ermənilər deyir ki, bu, dini müharibədir. Bu, belə deyil.

30 il əvvəl onlar bizim torpaqlarımızı işğal ediblər. Dinin bura nə aidiyyəti var? Ölkəmizdə erməni, yəhudi, rus kilsələri var. Azərbaycan antisemitizm olmayan yeganə ölkədir.

Biz burada azad yaşayırıq, gəzirik, işləyirik. Buna görə dəyərlərimizə qarşı heç bir təzyiq hiss etmirik. Azərbaycanda yaşayan bütün xalqlar üçün tam azadlıq var”, - o əlavə edib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”