Türkiyə klubunda yeni baş məşqçi kim oldu?

18 Oktyabr 2023 12:00 Türkiyə 502
Türkiyə klubunda yeni baş məşqçi kim oldu?

“Pendikspor”un yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra İvo Vieyra çalışdıracaq.

Portuqaliyalı məşqçi Türkiyə klubunun bir neçə gün öncə istefaya göndərdiyi Osman Özköylünü əvəz edib. 47 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb.

Bu mövsümdən Super Liqada çıxış edən “Pendikspor” keçirdiyi 8 oyunda 4 heç-heçə, 4 məğlubiyyətə üzülüb. Komanda 4 xalla 20 iştirakçı arasında 18-cidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti