Türkiyə millisi Bakını necə tərk etdi? - FOTOLAR

22 İyun 2021 21:20 Türkiyə 1 964
Türkiyə millisi Bakını necə tərk etdi? - FOTOLAR

Sportinfo.az xəbər verir ki, Avropa çempionatının A qrupunun iki oyunu üçün Bakıda olan Türkiyə yığması Azərbaycanı tərk edib.

Şenol Güneşin baş məşqçi olduğu yığma məskunlaşdığı "Fairmont" oteldən ayrılaraq Heydər Əliyev Beynəlxalq Aeroportuna yola düşüb.

Türkiyə Futbol Federasiyası (TFF) rəsmi saytı vasitəsilə Azərbaycana təşəkkür edib:

"Dost və qardaş ölkə Azərbaycan AVRO-2020 ərzində Bakıda keçirdiyimiz iki oyunda tribunaları qırmızı-ağ rənglərlə dolduraraq mükəmməl qardaşlıq ruhu göstərdi.

Milli komandaya, TFF-yə və türk xalqına böyük dəstək verən, bizi ən gözəl şəkildə qəbul edən Azərbaycan "Tək millət, iki dövlət" olduğumuzu bizə dərindən hiss etdirdi.

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ilə birlikdə Uelsə qarşı matçımızı izləyən Azərbaycan Prezidenti İlham Əliyevə, AFFA prezidenti Rövnəq Abdullayevə, ölkədəki qurumlara təşəkkür edirik.

Azərbaycan xalqına milli komandamızın yanında olduğu üçün minnətdarlığımızı bildiririk".

Türkiyə AVRO-2020-ni xalsız bitirib. Komanda Romadakı açılış matçında İtaliyaya 0:3, Bakıda ilk görüşdə Uelsə 0:2, ardından İsveçrəyə 1:3 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti