Ağayevin yolu açıldı

29 Fevral 2020 13:12 Paris-2024 992
Ağayevin yolu açıldı

Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Sportinfo.az xəbər verir ki, Karate1 Premyer Liqa turnirinin ilk günündən sonra xallar hesablandıqdan sonra onun olimpiadaya vəsiqə qazanması dəqiqləşib.

Normalda bunun üçün Ağayev Karate1 Premyer Liqa turnirində 3 qələbə qazanmalı idi. Amma dünənki nəticələrdən sonra aktivinə 210 xal yazılıb. Nəticədə azərbaycanlı karateçi ən yaxın izləyiciləri üçün əlçatmaz olub.

Bu, karate yarışlarda Tokio-2020-ə 2-ci lisenziyadır. Daha əvvəl qadın idmançı İrina Zaretska Dubaydakı Premyer Liqa yarışından sonra olimpiadaya lisenziya qazanmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”