Tokio-2020: Rüstəm uduzsa da, medal şansı var

26 İyul 2021 09:50 Tokio-2020 569
Tokio-2020: Rüstəm uduzsa da, medal şansı var

Tokio-2020-də kişi cüdoçuların 73 kq çəki dərəcəsində mübarizəsi başlayıb. Bu kateqoriyada Azərbaycanı olimpiya komandamızın bayraqdarlarından olan Rüstəm Orucov təmsil edir. Çəkisində dünya reytinqində 2-ci olan Rüstəm əsas medal ümidlərimizdən sayılır. O, ilk görüşdə əvvəllər də dəfələrlə qarşılaşdığı rusiyalı Musa Moquşkova qalib gəlib.

1/8 finalda Orucov Tacikistan təmsilçisi Somon Mahmudbekovu da məğlub edib.

Təəssüf ki, püşk 1/4 finalda onun qarşısına çempionluğa əsas namizəd, yaponiyalı olimpiya çempionu Şoheyi Ononu çıxarıb. Cüdoçumuz bu dueldən məğlub ayrılıb.

Rüstəm çempionluq şansını itirsə də, bürünc medal qazanmaq imkanı var. Bunun üçün cüdoçumuz təsəlliverici görüşlərin hamısını udmalıdır. Təsəlliverici mərhələdə Orucovun ilk rəqibi Kosovo idmançısı olacaq.

Qeyd edək ki, Rüstəm Orucov Rio Olimpiadasında gümüş medal qazanmışdı.

SPORTİNFO.AZ

Xəbər Lenti