Almaniyalı bombardir “Qarabağ”da? - AÇIQLAMA

23 Mart 2023 16:00 Sabah 5 144
Almaniyalı bombardir “Qarabağ”da? - AÇIQLAMA

“Qarabağ” 3 gün sonra “Qalatasaray”la yoldaşlıq matçı keçirəcək.

Ağdamlıların çox sayda üzvü milli komandalara yollandığı üçün kasad heyəti nəzərə alan baş məşqçi Qurban Qurbanov heyətə digər klublardan bir neçə futbolçu dəvət etməyi düşünür.

Artıq ilk namizəd də var. Mətbuatda çıxan xəbərlərə görə, bu, “Sabah”ın bombardiri Coy-Lens Mikelsdir.

Glaqə saxladığımız Masazır klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov isə yayılan iddiaları təkzib edib.

Klub rəsmisi hazırkı ana kimi “Qarabağ”dan nəinki almaniyalı hücumçu, ümumiyyətlə, heç bir futbolçuyla bağlı rəsmi dəvət gəlmədiyini sözlərinə əlavə edib.

“Qarabağ” – “Qalatasaray” matçı 26 mart, saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti