“Qəbələ”ni gözləyən daha bir təhlükə - Belə də dərd olar?

10 Aprel 21:00 Qəbələ 835
“Qəbələ”ni gözləyən daha bir təhlükə - Belə də dərd olar?

“Qəbələ”ni yəqin ki, növbəti mövsüm aşağı liqada görəcəyik.

Klub hazırda ən yaxın izləyicisi olan “Kəpəz”dən 14 xal geri qalır.

2024-cü ildə qələbə üzünə həsrət qalan komandanın sona 7 tur qalmış möcüzə edəcəyi inandırıcı deyil.

“Qırmızı qaralar”ın Birinci Liqaya yuvarlanması bir çox problemlərə yol açacaq.

Ən əsası komanda Premyer Liqa klubları üçün dövlətin ayırdığı 3 milyon manatlıq dotasiyadan məhrum olacaq.

Düşünmək olar ki, əvəzedici komanda və bir neçə təcrübəli futbolçu ilə Birinci Liqanı qalib kimi başa vurmaq olar. Belədə 3 milyon aşağı liqada nəyə lazımdır?

Bəli, bu qədər məbləğ gələn mövsüm “Qəbələ” üçün lazım olmaya bilər.

Amma təhlükə başqa yerdən klubun qapısını kəssə necə?

Söhbət hazırda komandada olan yüksək ödənişli futbolçulardan gedir.

Demək olar ki, hər biri ilə klubun əməkdaşlıq müqaviləsi gələn sezonu da əhatə edir. Uğursuz mövsüm keçirən oyunçulara ciddi təkliflər olacağı inandırıcı deyil.

Kimisi menecerin, kimisi öz seçilən bacarığının hesabına harasa gedə bilər. Bəs yerdə qalanlar? Söhbət 10-dan çox əcnəbidən gedir.

Belədə özünə yeni klub tapmayanlar burada qalmağa məhkum olacaq.

Hazırkı maaşlarını almaq tələbi ilə.

Bölgə klubunun rəsmilərini də ağlamaq onda tutacaq.

Gəl indi Birinci Liqada oyna, amma kimlərəsə Premyer Liqa maaşı verməyə davam et.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU