.jpg)
“Təklifim odur ki, “Qarabağ” qapıçı axtarışı üçün kənara çıxmamalıdır.
Seçimləri boşda olan Şahruddin Məhəmmədəliyev ola bilər.
Yenə də klub rəhbərliyinin seçimidir. Hazırki periodda legioner qapıçı transferi həm vaxt itkisidir, həm də risqdir”.
Bu açıqlama “Sportinfo TV“nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.
Tanınmış jurnalist “Qarabağ”ın transfer siyasətinə toxunub, qapıçı mövqeyi ilə bağlı maraqlı fikirlər səsləndirib.
Bildirib ki, klub qapıçı mövqeyinə elə bir transfer etməlidir ki, “qapalı qutu“ olmamalıdır:
“Yerli status baxımından idealı Şahruddin Məhəmmədəliyev ola bilər. Qapıçını zamanında ən çox tənqid edənlərdən biri də özüm olmuşam. “
Adana Dəmirspor”a keçidində də klubun prezidenti Murat Sancak da fikirlərimi öyrənmişdi”.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: