“Udsaq da, uduzsaq da, əhəmiyyət kəsb etmir” -  “Qarabağ”dan bunu da dedilər

27 Yanvar 2025 00:40 Qarabağ 1 220
“Udsaq da, uduzsaq da, əhəmiyyət kəsb etmir” -  “Qarabağ”dan bunu da dedilər

"Bilirdik ki, rəqib standart vəziyyətlərdən çox yaxşı yararlanır.

Hətta məşqlərdə də bunun üzərində işləyirdik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda FCSB-yə uduzduqları görüş (2:3) haqda deyib.

24 yaşlı müdafiəçi Rumıniya komandasının hər 3 qolu standart vəziyyətlərdən vurmasına toxunub:

“Düşünürəm ki, daha diqqətli olmaq lazım idi. Təkbətək oyunlarda poblemlərimiz var idi. Görünür ki, daha çox işləməliyik".

O, son - 8-ci turda səfərdə "Olimpiakos"la keçirəcəkləri qarşılaşmadan söz açıb:

"Olimpiakos"la matçda gözəl oynamaq istəyirik. Udsaq da, uduzsaq da, əhəmiyyət kəsb etmir.

İnşallah, gözəl oyunla yadda qalmaq istəyirik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti