Bu gün Qurban Qurbanovu kim görmək istəyirsə...

22 Yanvar 08:30 Qarabağ 693
Bu gün Qurban Qurbanovu kim görmək istəyirsə...

Avropa Liqasının Liqa mərhələsinin 7-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” – FCSB (Rumıniya) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.

Sportinfo.az “Qarabağ”ın rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı yanvarın 22-də saat 13:15-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

17:00-də isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) “Azersun Arena”da keçiriləcək.

Qonaq komandanın baş məşqçisi Elias Xaralambousun Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 18:00-da start götürəcək.

Rumıniya təmsilçisinin ilk 15 dəqiqəsi açıq olacaq məşqi 18:30-da başlayacaq.

Yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – FCSB görüşü saat 21:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!