"Juninyo bizə çox kömək edəcək” - "Flamenqo"nun baş məşqçisi

20 Yanvar 2025 14:20 Qarabağ 764
"Juninyo bizə çox kömək edəcək” - "Flamenqo"nun baş məşqçisi

"O, ambisiyaları çox olan futbolçudur".

Sportinfo.az "Uol.com"a istinadən xəbər verir ki, bunu "Flamenqo"nun (Braziliya) baş məşqçisi Felipe Luis "Qarabağ"dan transfer etdikləri Olavio Juninyo haqqında danışarkən deyib.

39 yaşlı mütəxəssis hücumçunun oyun modelinin tələb etdiyi xüsusiyyətlərə malik olduğunu bildirib:

"Juninyo bizə çox kömək edəcək. Heyətin səviyyəsini yüksəldəcək".

Olavio Juninyo 2023-cü ildən "köhlən atlar"ın formasını geyinib. Azərbaycan çempionatının və kubokunun qalibi olan forvard Ağdam klubunda 80 oyun keçirib, 42 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 07:30 Bundan az istifadə edin!