Qurban Qurbanov yeni transfer açıqlaması verdi

18 Yanvar 09:20 Qarabağ 2 830
Qurban Qurbanov yeni transfer açıqlaması verdi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandaya yeni futbolçu transfer edib-etməyəcəkləri ilə bağlı suala aydınlıq gətirib.

Sportinfo.az xəbər verir ki, o, bu barədə bildirib:

“Az müddət oldu. Juninyo getdi, çempionat dekabrın 21-də tamamlandı, yanvarın 17-də yenə oynadıq.

Müddət çox az idi. Hazırda oyunçu götürməyimiz üçün limitin bura aidiyyəti yoxdur.

İstədiyimiz mövqelərə bəyəndiklərimiz olsa, mütləq götürəcəyik. Ötən aylarda da neçə oyunçumuz zədələndi, balansı qoruya bilmədik.

Bəzi rotasiyalar edirdik. Bu ay 15 gündə 5 oyunumuz var.

Transfer xətrinə transfer etmək istəmirik. Çox istərdik ki, ürəyimizcə olan oyunçular olsun. Axtarışdayıq”.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da