“QARABAĞ”: O, rumınlarla matçda iştirak etməyəcək?

16 Yanvar 00:50 Qarabağ 237
“QARABAĞ”: O, rumınlarla matçda iştirak etməyəcək?

"Qarabağ"ın zədəli futbolçuları Aleksey İsayev və Bədavi Hüseynovun durumuna aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, İsayev artıq komanda ilə məşqlərə başlayıb.

Bədavi Hüseynov isə sabah "Şamaxı"ya qarşı keçiriləcək Premyer Liqanın XIX turunun matçında iştirak etməyəcək. Müdafiəçi fərdi şəkildə çalışır.

Onun Avropa Liqasının oyununda iştirakı da hələlik sual altındadır.

“Qarabağ” – “Şamaxı” qarşılaşması yanvarın 17-də, saat 19:00-da start götürəcək.

"Köhlən atlar" yanvarın 23-də Avropa Liqasının Liqa mərhələsinin VII turunda Rumıniyadan FCSB-i qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 Fevral 17:00 “Bu, bizə mane olurdu”
15 Fevral 08:40 Azərbaycan 28-ci pillədə