Qurban Qurbanov niyə bu transferi sonraya saxladı?

16 Yanvar 2025 02:00 Qarabağ 2 425
Qurban Qurbanov niyə bu transferi sonraya saxladı?

Qış transfer pəncərəsində heyətini gücləndirməyi düşünən "Qarabağ" mərkəz müdafiəçisi gətirmək niyyətindədir.

Stoperlərin tez-tez zədələnməsi bu mövqeyə transferi şərtləndirib.

Qurban Qurbanov "Sumayıt"ın və millimizin müdafiəçisi Elvin Bədəlovu sərəncamında görmək niyyətində olsa da, son anda bu keçidin ertələnməsini istəyib.

Sportinfo.az xəbər verir ki, sportal.az-ın əldə etdiyi məlumata görə, buna səbəb legioner limitinin ləğvi ilə bağlı gedən müzakirələrdi.

AFFA İcraiyyə Komitəsi legioner limitini aradan qaldırmalı olsa, Qurban Qurbanov həmin mövqeyə əcnəbi futbolçu gətirmək variantı üzərində işləmək tapşırığı qoyacaq skautların qarşısına.

Limit əvvəldən açıqlandığı kimi "8+3" formatında olsa, Elvin Bədəlovun keçidi yaxın günlərdə rəsmiləşəcək.

Premyer Liqada qış transfer pəncərəsi fevralın 10-da bağlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi