“Qarabağ”la “Liverpul” eyni pillədə

15 Yanvar 02:20 Qarabağ 627
“Qarabağ”la “Liverpul” eyni pillədə

“Qarabağ” Premyer Liqanın ilk yarısında keçirdiyi 18 oyunda 47 qol vurub.

Sportinfo.az xəbər verir ki, Ağdam klubu bununla Avropanın ən məhsuldar komandalarından biridir.

Belə ki, Qurban Qurbanovun yetirmələri qitənin milli çempionatlarında bu mövsüm ən çox qol vuran 12-ci komandadır.

Təmsilçimiz Avropa nəhəngləri “Bayern” və “Liverpul”la eyni göstəriciyə malikdir. Siyahıya “Srvena Zvezda” başçılıq edir.

Belqrad təmsilçisi Serbiya çempionatının geridə qalan 20 matçında 71 dəfə fərqlənib.

“Qarabağ” orta hesabla hər görüşdə 2,61 qol vurub. Bu göstərici isə Azərbaycan çempionunu Avropanın 18-ci sırasına salır.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”