Juninyo Azərbaycadan ayrıldı, problemlə üzləşdi

15 Yanvar 2025 00:30 Qarabağ 3 443
Juninyo Azərbaycadan ayrıldı, problemlə üzləşdi

“Qarabağ”ın hücumçusu Juninyo Olavionun “Flamenqo”ya transferi gerçəkləşib.

Sportinfo.az Braziliya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı forvardın yeni komandasına qoşulması bir az gecikəcək.

Buna səbəb hazırda keçidlə bağlı sənədləşmə işlərinin aparılmasıdır.

“Flamenqo” hazırda mövsümöncəsi təlim-məşq toplanışı üçün ABŞ-dadır. Juninyo isə kollektivə qoşulmaq üçün həmin ölkəyə viza almalıdır.

Bu üzdən forvard komandanın ilk yoxlama görüşlərini buraxmalı olacaq.

Juninyonun “Flamenqo”ya transferinin “Qarabağ”a 5 milyon avro qazandırması gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il