Xanımı Juninyonun “Qarabağ”dan ayrılmasından təsirləndi: “Gözəl hekayə idi...” - VİDEO+FOTO

14 Yanvar 09:20 Qarabağ 15 101
Xanımı Juninyonun “Qarabağ”dan ayrılmasından təsirləndi: “Gözəl hekayə idi...” - VİDEO+FOTO

“Qarabağ”dan ayrılaraq Braziliyanın “Flamenqo”ya keçən Juninyonun həyat yoldaşı Vivian Azərbaycana və Ağdam klubuna təşəkkür edib.

Sportinfo.az xəbər verir ki, o, bu barədə instaqram hesabında paylaşım edib.

gozel-hekaye-idi

“Bizi qarşıladığınız və günlərimizi xoşbəxt etdiyiniz üçün təşəkkür edirik. Gözəl hekayə idi.

Sonsuz minnətdarıq. “Qarabağ”, inanılmazsan. Dünyadakı bütün uğurları bu kluba arzulayıram”, - deyə o bildirib.

“Qarabağ” Juninyonun keçidindən 5 milyon avro qazanc əldə edəcək. O, Ağdam təmsilçisinin heyətində 80 oyunda 42 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 Noyabr 18:10 Çək və bizə göndər!
12 Noyabr 02:00 O da sabah danışacaq
12 Noyabr 01:20 "Kəpəz"də əməliyyat