"Neftçi"də "YASTIQ PLANI"!

23 May 2024 23:00 Qarabağ 2 310
"Neftçi"də "YASTIQ PLANI"!

“Neftçi” mövsümün sonu yeni baş məşqçi axtarışına çıxacaq.

Miodraq Bojoviçin fəaliyyəti klub rəsmilərini qane etmir.

Amma hazırkı məmqada rəhbərlik “yastıq əməliyyatı”nı icra edir.

Kimsə ayrılıq barədə montoneqrolu mütəxəssislə bir kəlimə belə danışmayıb.

Çünki qarşıda çox vacib qarşılaşma var.

“Sabah”ı qonaq edəcək “ağ qaralar” məğlubiyyət halında nəinki medalsız, hətta avrokuboklarsız qala bilər.

Belədə kənar söhbətlərlə mütəxəssisi məşğul etmək məqbul sayılmayıb. Onunbir kəlimə də bu barədə danışılmayıb.

Hər kəs “tələbələrlə” matça köklənib.

Masazır klubu ilə oyunun nəticəsindən asılı olmayaraq sonrakı gedişatda Bojoviçlə yollar ayrılacaq.

55 yaşlı mütəxəssis ötən ilin dekabrda Adrian Mutunun yerinə gətirilib.

Komanda onun rəhbərliyi altında meydana çıxdığı 21 matçda cəmi 9 qələbə qazana bilib.

5 oyun bərabərliklə bitibsə, 7 oyunda məğlubiyyət qeydə alınıb. Bərbad nəticələrlə bərabər göstərilən futbolda gələcəyə heç bir ümid vermir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?