Qurbanovun oğluna verilən sual – TƏƏSSÜFLƏNİRSƏN? - VİDEO

17 Mart 2023 09:00 Qarabağ 529
Qurbanovun oğluna verilən sual – TƏƏSSÜFLƏNİRSƏN? - VİDEO

“Əlbəttə, çox istərdim ki, bu oyunda iştirak edim, çünki “Qalatasaray” çox sevdiyim komandalardan biridir”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının 27-ci turunda “Sumqayıt”ı 6:0 hesabı ilə məğlub edən “Qarabağ”ın gənc hücumçusu Musa Qurbanlı supersport.az-a müsahibəsində deyib.

M.Qurbanlı əvvəlcə “Sumqayıt”la oyundan danışıb:

“Matç bizim üçün çox yaxşı alındı. Meydanda istədiyimiz oyunu sərgiləyə bildik. Nizam-intizamlı oynadıq. Bizə verilən tapşırıqları maksimum icra etdik. Şükürlər olsun ki, qələbə qazandıq”.

Millinin hücumçusu, Azərbaycan yığmasını AÇ-2024-ün seçmə mərhələsində Avstriya və İsveç yığmaları ilə çətin oyunlar gözlədiyini bildirib:

“Məqsədimiz xallar qazanmaqdır. Bildiyiniz kimi, çox güclü rəqiblərlə qarşılaşacağıq. Əlimizdən gələni edəcəyik ki, maksimum nəticə göstərib, xalqımızı sevindirək”.

“Martın 26-da Bakıda “Qarabağ”la “Qalatasaray” klubu arasında xeyriyyə matçı keçiriləcək və həmin vaxt millinin heyətində olacağından bu görüşdə iştirak edə bilməyəcəksən. Buna təəssüflənirsən?”, - sualına Musa Qurbanlının cavabı belə olub:

“Əlbəttə. Çox istərdim ki, bu oyunda iştirak edim. Çünki “Qalatasaray” çox sevdiyim komandalardan biridir. Həmişə “Cim-Bom”un oyunlarına baxmışam, azarkeşlik etmişəm.

Təəssüf ki, bu matç millinin qarşılaşmaları vaxtı olacaq. Nə etmək olar, qismət. İnanıram ki, komandamız yaxşı mübarizə aparacaq. Bizi maraqlı oyun gözləyir”.

Beynəlxalq reytinqlərdə bombardirlər siyahısında adı olan Musa belə siyahılarla maraqlanmadığını, qarşıdakı oyunları düşündüyünü söyləyib.

Ətraflı videonu təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti