
“Qarabağ” – “Qalatasaray” oyununa bilet satışı davam edir.
Sportinfo.az xəbər verir ki, xeyriyyə məqsədi ilə keçiriləcək qardaşlıq görüşünün biletləri satışa çıxarılıb.
İlk gündə 42 500 bilet satılıb. Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat arasında dəyişir.
Satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
Iticket.az-ın satış məntəqələri;
“Park Bulvar”da yerləşən “Qarabağ”ın Fan-Şopu.
Biletləri iticket.az-dan da əldə edə bilərsiniz.
Qardaşlıq oyunundan əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.