“Neftçi” ilə oyunda şirə dönün, “Qarabağ”a qarşı “aşsüzən” olun” - NARAZILIQ YARATDI

16 Mart 2023 20:40 Qarabağ 3 104
“Neftçi” ilə oyunda şirə dönün, “Qarabağ”a qarşı “aşsüzən” olun” - NARAZILIQ YARATDI

“Qarabağ” çempionatda növbəti böyük hesablı qələbəsini bayram etdi.

Premyer Liqanın lideri çempionatda qalmaq uğrunda mübarizə aparan “Sumqayıt”ı 6 cavabsız qolla udmaqla səviyyəsini bir daha ortaya qoydu..

“Kimyaçılar“ın doğma azarkeşləri önündə darmadağın olması yerli futbolsevərlərin narazılığına səbəb olub. Onların klubun sosial media səhifələrində yazdığı müxtəlif səpkili şərhlər klub rəhbərliyini düşünməyə vadar etməlidir.

Hər ötən gün vəziyyəti ağırlaşan “Sumqayıt”ın bu gedişlə növbəti mövsümdə elitada oynayacağı inandırıcı görünmür. Elə yerli publikanı narahat edən başlıca məqam da budur.

“Oyuna çıxmasaydı, bundan mərifətli olardı”.

“Neftçi” ilə oyunda şirə dönün, “Qarabağ”a qarşı "aşsüzən" olun”.

“Qızlar sizdən yaxşı oynayır. Çempionatda vahid liderdirlər”.

“Bu gedişlə hara gedirik? Necə olacaq? Kimə deyək dərdimizi?”

“Sumqayıt”ı ləğv edib, yenidən bərpa edin də”.

“Bax belə. Əla olur. Qoy “Qarabağ“ qollarla doldursun özündənrazı Samirin kisəsini”.

“Bu komandanı birdəfəlik dağıdın”.

“Nə günə qoydunuz komandanı. Boyunuzu yerə soxum. Hansı ölkədə futboldan bixəbər adam varsa, futbolçu adı ilə gətirdiz kluba. Heyf, çox heyf”.

“Pis olmayın, uşaqlar. Bunun hələ Birinci Divizionu var”.

“Bu boyda gözəl şəhərin komandasını belə vəziyyətə gətirib çıxardanlar utansın! Pulları yeyib, gedib Tanzaniyadan qəpik-quruşa oyunçu gətirib biz sumqayıtlıları aldadan utansın!”

Premyer Liqanın 27-ci turundan sonra aktivində 21 xal olan “Sumqayıt”ı sonuncu pillədə yer alan “Səbail”dən 4 xal ayırır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!