“Qarabağ” - “Qalatasaray”: İynə atsan, yerə düşməyəcək - 2 saat içində…

16 Mart 2023 17:20 Qarabağ 643
“Qarabağ” - “Qalatasaray”: İynə atsan, yerə düşməyəcək  - 2 saat içində…

“Qarabağ” – “Qalatasaray” oyununa bilet satışı davam edir.

Sportinfo.az xəbər verir ki, xeyriyyə məqsədi ilə keçiriləcək qardaşlıq görüşünün biletləri bu gün saat 11:00-da satışa çıxarılıb.

2 saat ərzində 25 min bilet satılıb.

Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat arasında dəyişir.

Satış məntəqələri:Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Iticket.az-ın satış məntəqələri;

“Park Bulvar”da yerləşən “Qarabağ” FK-nın Fan-Şopu.

Biletləri iticket.az-dan da əldə edə bilərsiniz.

Qrdaşlıq oyunundan əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

“Qarabağ” - “Qalatasaray” matçı martın 26-sı saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti