Qayğılı Qurban Qurbanovu nisbətən sakitləşdirən 3 MƏQAM

16 Mart 2023 16:40 Qarabağ 1 583
Qayğılı Qurban Qurbanovu nisbətən sakitləşdirən 3 MƏQAM

«Qarabağ» yeni ildən sonra ilk dəfə 4 qol səddini aşdı.

Səfərdə «Sumqayıt»ın qapısına 6 dəfə yol tapdılar.

Altı nədir, yeddi, səkkiz, hətta 10 qol da vura bilərdidlər.

İkinci hissənin son 30 dəqiqəsində «dayan-doldurum» etdilər, əks halda. Aradakı fərq ikirəqəmli həddə çatacaqdı.

Kadi Borgeslə Kvabena Ovusunun yerini doldurulurmu? Hələ tez, çox tezdir bu haqda fikir yürütmək.

Bunun həqiqətən belə olmasını isbatlamaq üçün əlimizdə əsas azdır.

Braziliyalı və qanalı legionerlərin yoxluğunu unutdurmaq üçün onların keçmiş komanda yoldaşlarına bir müddət lazım olacaq.

Qurban Qurbanov bunu gözəl bilir. Təcrübə onun başdandan vurub, ayağından çıxır.

İnanmıram ki, iki ay qabaq düşərgəni tərk edənlərə görə təəssüflənməsin daha.

Bu hiss onda var və narahatlığı aradan qalxmayıb. Qurbanov üçün sevindirici məqam yoxmu? Var, üçü birdən.

Birincisi: Müdafiə xəttinin bu dəfə qapının toxunulmazlığını təmin edə bilməsi. Qış fasiləsindən bəri demək olar hər həftə qapılarında qol görürdülər. Sumqayıtda «çərçivə»ni q»ıfılladılar».

İkincisi: Musa Qurbanlının qollarının sayını hər tur artırması. O, atasının üzünü ağ eləməkdən ötrü hər şey edir, dayanmır.

Üçüncüsü: Leandro Andrade tədricən əsas heyətdə mökəmlənir və liderlik adına üstlənir. Oyun qurur, oyunu idarə edir və qolunu, qollarını vurur. İkinci Kadi olmaq yolunda inamla irəliləyir.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti