"Qarabağ"ın SON "TRANSFER ƏMƏLİYYATI" - Bu 4 ölkədən

17 Yanvar 2022 13:00 Qarabağ 3 052
"Qarabağ"ın SON "TRANSFER ƏMƏLİYYATI" - Bu 4 ölkədən

Qış fasiləsini boş keçirməyən «Qarabağ» heyətini daha da gücləndirib.

Həm Premyer Liqa, həm də Konfrans Liqasında inamlı çıxışını davam etdirmək istəyən Ağdam artıq 3 transferə imza atıb.

«Köhlən atlar» Rüstəm Əhmədzadə (“Minay”, Ukrayna), Luka Quqeşaşvili ("Yagelloniya", Polşa: icarəyə) və Leandro Andradeni (“Çerno More”, Bolqarıstan) düşərgəsinə gətirib.

Qurban Qurbanovun bir hücumçu almaq istəməsi də məlumdur. Baş məşqçi bunu özü etiraf edib. Təcrübəli mütəxəssis bildirib ki, üçüncü zona ilə bağlı axtarışlar və danışıqlar gedir.

O, ad çəkməsə də, söyləyib ki, növbəti transfer çalışmasını yanvarın sonunadək reallaşdırmaq niyyətindədirlər. Bu, həmin vaxtadək həyata keçməsə, görüşmələr yayda qaldığı yerdən davam etdiriləcək.

Demə, «Qarabağ» yalnız forvard arayışında deyil. Ağdamlılar cağ cinah yarımmüdafiəçisi mövqeyinə də yeni nəfəs verməyə çalışır.

Xayme Romeronun tez-tez zədələnməsi, hələ də müalicə prosesini davam etdirməsi Qurbanovun qayğılandırmaqdadır.

Azərbaycanın ən yaxşı məşqçisi bu bölgləyə 4 namizədi gözdən keçirir. Onun transfer siyahısında yer alanlar Danimarka, İspaniya, Fransa və Niderland çempionatında çıxış edirlər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti