Qadın futbolçulardan ibarət Portuqaliya komandasının Avropa çempionatının pley-off mərhələsində Azərbaycana qarşı keçiriləcək iki görüş üçün heyəti açıqlanıb.
Sportinfo.az xəbər verir ki, millimizin rəqibinin heyətinə 25 futbolçu cəlb edilib:
Qapıçılar: İneş Pereyra (“Everton”, İngiltərə), Patrisiya Moraiş (“Braqa”), Rute Koşta (“Benfika”);
Müdafiəçilər: Joana Marşao (“Servette”, İsveçrə), Ana Seysa (“Tiqres”, Meksika), Diana Qomeş (“Sevilya”, İspaniya), Katarina Amadu, Karole da Silva Koşta (hər ikisi “Benfika”), Ana Borxes, Alişiya Korreya (hər ikisi “Sportinq”), Ana Rute (“Braqa”);
Yarımmüdafiəçilər: Andreya Xasintu (“Real Sosyedad”, İspaniya), Tatyana Pintu (“Atletiko”, İspaniya), Frantsiska Nazaret (“Barselona”, İspaniya), Andreya Fariya, Andreya Norton (hər ikisi “Benfika”), Fatima Pintu, Andreya Bravo (hər ikisi “Sportinq”), Doloreş Silva (“Braqa”);
Hücumçular: Cessika Silva (“Skay Blu”, ABŞ), Telma Enkarnasan, Diana Silva, Ana Kapeta (hamısı “Sportinq”), Karolina Mendeş (“Rasinq Pouer”), Stefani Ribeyru (UNAM, ABŞ).
Azərbaycan millisi Portuqaliya ilə ilk matçını oktyabrın 25-də Bakıda, cavab görüşünü isə 29-da Vizelada keçirəcək.