COP29

"Səbail" layiq olduğu məğlubiyyəti aldı

6 May 20:57 Premyerliqa 694
"Səbail" layiq olduğu məğlubiyyəti aldı

Bu gün Premyer Liqada 33-cü tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son oyun günündə 1 matç keçirilib.

"Səbail" öz meydanında "Qəbələ"ni qəbul edib. Matçda "Qəbələ" 3:2 hesablı qələbə qazanıb.

Bu görüş ötən tur mövsümü sonuncu yerdə tamamlayacağı rəsmiləşən "Qəbələ" üçün formal xarakter daşıyırdı. 6-cı pillədə qərarlaşan "Səbail" isə yuxarı pillələr üçün iddiasını davam etdirir.

XXXIII turda "Qarabağ" "Neftçi"ni (5:0), "Zirə" "Turan Tovuz"u (2:1), "Sabah" isə "Araz-Naxçıvan"ı (1:0) məğlub edib. "Kəpəz" - "Sumqayıt" qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1.

19:00. “Səbail”– “Qəbələ” 2:3

Qollar: Aleksandr Ramalinqom 17-pen, Pedro Nuno 40 // Osama Xalayla 20, Əyyub Allaş 32, Osama Xalayla 56-pen
Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Eyyub İbrahimov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
“ASCO Arena”

"Səbail": 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 3. Silvayin Deslandes, 21. Anas Najah, 44. Yadin Luqasi, 14. Suleyman Alluş

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 4. Adi Mehremiç, 77. Ayub Masika, 55. Nir Bardea, 7. Madi Queta

Baş məşqçi: Şahin Diniyev

"Qəbələ": 1. Rəşad Əzizli, 34. Urfan Abbasov (k), 12. Nicat Əliyev, 7. Emil Səfərov, 25. İbrahim Ramazanov, 30. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 3. Zurab Oçiqava, 9. Əyyub Allaş, 72. Osama Xalayla

Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 71. Sənan Ağalarov, 97. Emil Süleymanov, 20. Bilel Auaşeriya, 99. Ahmed Ayzaya, 19. Samuel Tetteh, 17. Yaovi Akakpo

Baş məşqçi: Kaxaber Tsxadadze

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq