Azərbaycan 26-cı pillədə

4 Sentyabr 2024 04:00 Paris-2024 2 443
Azərbaycan 26-cı pillədə

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında medal sıralamasında 26-cı pillədə qərarlaşıb.

Sportinfo.az xəbər verir ki, yığmanın hesabında 2 qızıl, 1 gümüş və 1 bürünc medal var.

İmaməddin Xəlilov (parataekvondo, 70 kq) və Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) qızıl, Raman Saley (100 metr məsafəyə arxasıüstə üzmək) gümüş, Sabir Zeynalov (parataekvondo, 58 kq) bürünc medala sahib çıxıb.

Siyahıya Çin (43 qızıl, 30 gümüş, 14 bürünc) başçılıq edir. Böyük Britaniya (29 qızıl, 15 gümüş, 10 bürünc) ikinci, ABŞ (13 qızıl, 19 bürünc, 10 bürünc) üçüncüdür.

Paralimpiada sentyabrın 8-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
6 Dekabr 18:10 Çək və bizə göndər!
6 Dekabr 02:00 "İmişli" 3000 ziyanda