Azərbaycan millisi Yay Paralimpiya Oyunlarında ikinci yeri tutdu

2 Sentyabr 2024 00:10 Paris-2024 1 430
Azərbaycan millisi Yay Paralimpiya Oyunlarında ikinci yeri tutdu

Kişi parataekvondoçulardan ibarət Azərbaycan millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında ikinci yeri tutub.

Sportinfo.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, turnirdə 3 parataekvondoçu ilə təmsil olunan yığmanın üzvləri ümumilikdə 2 medal əldə ediblər.

İmaməddin Xəlilov (K44, 70 kiloqram) qızıl, Sabir Zeynalov (K44, 58 kiloqram) bürünc medal qazanıbsa, Əbülfəz Abuzərli (K44, 80 kiloqram) 1/4 finala kimi irəliləyib.

Azərbaycan millisi yekun sıralamada yalnız Türkiyə seçməsindən geri qalıb. Üçüncü pillədə isə Böyük Britaniya komandası qərarlaşıb.

Parataekvondo yarışlarında ümumilikdə 52 ölkə təmsil olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti