“Neftçi”nin futbolçularını bu dəfə 20 min dollar gözləyir...

10 Avqust 2023 21:00 Neftçi 991
“Neftçi”nin futbolçularını bu dəfə 20 min dollar gözləyir...

«Neftçi» bu gün Konfrans Liqasında üçüncü təsnifat mərhələsinə start verəcək.

Rəqib «Beşiktaş»dır.

«Ağ-qaralar»ı yaxşı mükafat gözləyir. Adrian Mutunun çalışdırdığı komanda Türkiyədən olan «qara qartallar»ı mübarizədən kənarlaşdırarsa, kifayət qədər yüksək miqdarda pul əldə edəcək.

Mərhələni adlamağın müqabilində hər futbolçuya 20 min dollar mükafat vəd olunub.

Müqayisə üçün deyək ki, «Neftçi» rəhbərliyi ötən mərhələdə «Jelezniçar»a qalib gəlməyin müqabilində əsas heyət üzvlərinin hər birinə 15 min dollar mükafat verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 12:40 "Qarabağ" SUSDU