“Neftçi”li səhvini etiraf etdi, paltardəyişmə otağındakı vəziyyətdən danışdı

10 Avqust 2023 19:40 Neftçi 806
“Neftçi”li səhvini etiraf etdi, paltardəyişmə otağındakı vəziyyətdən danışdı

“Neftçi”nin macarıstanlı müdafiəçi Mark Tamaş Sportinfo.az-a müsahibə verib.

- “Kəpəz”ə məğlubiyyəti ağlından keçirirdin?

- Xeyr, qətiyyən! Bura qələbə üçün gəlmişdik. Lakin işlərimiz planlaşdırdığımız kimi getmədi. Get-gedə oyun sürətini artırmalıyıq. Çünki, qarşıda bizi “Beşiktaş” kimi rəqiblə ağır oyunlar gözləyir. Yaxşıya doğru irəliləmək üçün nələrisə dəyişməliyik.

- Qələbə qazanmağınıza nə mane oldu?

- Məsələn, buraxdığımız qolda mən ötürmədə səhvə yol verdim. Və həmin səhv penaltiyə gətirib çıxardı. Bu cür səhvlərə yol verməməliyik. Bununla yanaşı, qol vurmağı bacarmalıyıq. Qol vurmasaq, qələbə də olmayacaq.

- Üç gündənbir oyuna çıxırsınız. Yorğunluq var?

- Fiziki cəhətdən problem yaşadığımızı düşünmürəm. Hər şey qaydasındadır. Sadəcə, bir az uyğunlaşma problemini yoluna qoymalıyıq, baş məşqçinin bizdən istədiklərini həyata keçirməliyik.

- “Kəpəz”ə yenilgidən sonra Adrian Mutu paltardəyişmə otağında sizə nə dedi?

- Hər kəs kimi, o da çox əsəbi idi. Hələ ki, heç nə deməyib. Əsəblər bir az soyusun, komanda şəklində bir araya gəlib səhvlərimizə nəzər salacağıq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”