"Neftçi"nin üzərinə getmək doğru deyil" - Sabiq baş məşqçisi

12 Avqust 2023 02:30 Neftçi 1 140
"Neftçi"nin üzərinə getmək doğru deyil" - Sabiq baş məşqçisi

"Neftçi”nin sabiq futbolçusu və baş məşqçisi kimi komanda haqqında bunları bildirmək istəyirəm".

Sportinfo.az xəbər verir ki, bu sözləri qaynarinfo-ya veteran futbolçu Füzuli Məmmədov paytaxt klubunun "Beşiktaş"a qarşı (1:3) Konfrans Liqası matçını dəyərləndirərkən deyib.

45 yaşlı mütəxəssis qeyd edir ki, "Neftçi” Türkiyə nəhənginə qarşı özünü zəif göstərməyib:

"Əslində, rəqib bəlli idi. Həm təcrübəli, həm də keyfiyyətli futbolçulardan ibarət güclü komandaya qarşı oynayırdılar. Çətin olacağını əvvəldən bilirdik. İlk dəqiqələrdə futbolçularda istər-istəməz həyəcan, stres olur. Bu da normal haldır. Düşünürəm ki, "Neftçi özünü heç də zəif göstərmədi. İddialı komanda olduqlarını ortaya qoydular".

Füzuli Məmmədov "Beşiktaş"a məğlubiyyətə görə "Neftçi"nin üzərinə gedilməsini yalnış hesab edir:

"Yeni gəlmiş məşqçinin bir ay içində nəsə ortaya çıxartması çox çətindir. Yeni futbolçuların da bir-birilərinə uyğunlaşması üçün zaman lazımdır. Dərhal nəticə tələb etmək doğru deyil. Bunların hamısını nəzərə alsaq, yeni heyətlə "Neftçi" heç də pis oynamadı. Xüsusilə də ikinci hissədə rəqibdən çəkinmədilər, hücum etdilər və qol epizodları yarada bildilər. Düşünürəm ki, dünənki oyunla bağlı komandanın üzərinə getmək düzgün olmaz. Yeni məşqçinin öz fəlsəfəsini ortaya qoyması, yeni transferlərin bir-birini tanıması üçün zaman vermək lazımdır.

"Jelezniçar"la evdəki oyunda "Neftçi" dominant oynadı, rəqibindən üstün futbol ortaya qoydu və layiqli qələbə qazandı. Hesab böyük də ola bilərdi. Səfər oyununda isə fərdi səhvlər ucbatından komanda qol buraxdı. Ancaq daha sonra keyfiyyətini ortaya qoyaraq hesabı bərabərləşdirdi. Yeni heyət, yeni rəhbərlik haqqında fikir bildirmək düzgün deyil. Amma bu qısa zaman kəsiyində göstərdikləri oyun, rəhbərliyin komandaya qayğısı yaxşıdır. "Neftçi"yə uğurlar arzulayıram. Qarşıda "Beşiktaş" ilə cavab matçı var. İnşallah, daha layiqli oyun göstərərlər".

"Neftçi”nin "Beşiktaş” ilə cavab matçı ayın 17-də Bakı vaxtı ilə saat 21:00-da "Beşiktaş” stadionunda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar