Bu yay 5 yeni legionerlə güclənən «Neftçi» Olimpiu Morutanla anlaşa bilməyib.
«Qalatasaray» müqavilə ilə ona məxsus olan yarımmüdafiəçini yenidən icarəyə verib.
İtaliyadan qayıdan rumıniyalı vinger növbəti mövsümü Super Liqada keçirəcək.
Ölkəsinin əsas yığmasına da çağırılan Morutan «Konyaspor»un təklifini qəbul edib. Halbuki onun istəyi «Neftçi»yə gəlmək idi.
O da sırf Adrian Mutuya görə. Həmyerlisinin bu komandanın sükanı arxasında olması səbəbindən, Morutan Yunanıstan və İtaliyadan aldığı təklifləri geri çevirmişdi.
Di gəl, «ağ-qaralar» rumıniyalının maliyyə şərtlərini qarşılaya bilməyib.
İllik 600 min avro əməkhaqqı istəyən legioner danışıqların uzun sürməsinə baxmayaraq, güzəştə getməyib. «Neftçi» ona maksimum yarım milyon avro ödəməyə hazır olub.
"Qalatasaray" Olimpiu Morutanı 2021-ci ilin yayında "Styaua"dan transfer edib. 24 yaşlı legioner son mövsümü icarə əsasında İtaliyanın B Seriyasında - "Pisa"da keçirib.
SPORTİNFO.AZ

