“Əvvəl “Beşiktaş”dan çəkindik, sonra da bəxtimiz gətirmədi”

11 Avqust 2023 01:30 Neftçi 899
“Əvvəl “Beşiktaş”dan çəkindik, sonra da bəxtimiz gətirmədi”

“Mənim üçün “Beşiktaş”la oyun xüsusi əhəmiyyət kəsb edirdi.

Çünki ilk dəfə idi ki, “Neftçi”nin start heyətində yer alırdım və azarkeşlərimizin önündə oynayırdıq”.

Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin hücumçusu Andre Şinyaşiki Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Beşiktaş”a 1:3 hesabı ilə uduzduqları ilk oyunu şərh edərkən deyib.

O, ikinci hissədə daha yaxşı oynadıqlarını vurğulayıb:

“İlk hissədə rəqibdən komanda olaraq bir qədər çəkinirdik. “Beşiktaş” güclü komandadır.

Lakin rəqibin kimliyindən asılı olmayaraq qorxmadan mübarizə aparmaq lazımdıt. İkinci hissədə bunu etdik. Nəticədə də daha yaxşı oyun sərgilədik”.

O bildirib ki, sona yaxın birdən daha çox qol vura bilərdilər:

“Bəxtimiz gətirmədi. Daha çox qol vura bilərdik.

Ancaq bəxtdən də əlavə unutmaq olmaz ki, yeni komandayıq. Bir-birimizə daha da yaxşı uyğunlaşmalıyıq ki, yaxaladığımız epizodları dəyərləndirək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar