UEFA “Neftçi”ni yaxından maraqlandıran xəbəri bəyan etdi

28 İyun 2023 00:40 Neftçi 2 660
UEFA “Neftçi”ni yaxından maraqlandıran xəbəri bəyan etdi

Konfrans Liqasının "Dinamo" (Minsk, Belarus) - Jelezniçar" (Bosniya və Herseqovina) matçı Azərbaycanda keçiriləcək.

Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma "Qarabağ"a məxsus olan "Azersun Arena"da baş tutacaq.

Görüş 20 iyul tarixində saat 21:00-da başlayacaq.

UEFA-nın qərarına əsasən, Belarus klubları avrokuboklarda ev oyunlarını neytral meydanda keçirir.

"“Dinamo” – “Jelezniçar” cütünün qalibi II təsnifat mərhələsində “Neftçi”nin rəqibi olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti