"Neftçi" ilə razılığa gələ bilməməsinin əsl səbəbi budur?

28 İyun 2023 02:50 Neftçi 3 191
"Neftçi" ilə razılığa gələ bilməməsinin əsl səbəbi budur?

Adı “Neftçi” ilə hallanan türkiyəli məşqçi Sərgən Yalçının klubla razılığa gələ bilməməsinin səbəbi təkcə məvacib olmayıb.

Sportinfo.az Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, tərəflər maddi məsələlərdə razılığa gəlməməklə yanaşı, klubun avrokuboklar və liqadakı hədəfləri ilə bağlı da razılaşa bilməyiblər.

Bildirilir ki, Sərgən Yalçın “Fənərbaxça”da işləmək istədiyi üçün “Neftçi” ilə danışıqları uzatmaq istəyib.

Sərgən Yalçın Bakıda aparılan danışıqlardan sonra ölkəsinə qayıdıb və təklifi qəbul etmədiyini Azərbaycan komandasına çatdırıb.

Bildirilir ki, “Fənərbaxça”dan Sərgən Yalçına hələlik təklif yoxdur. Təklif olacağı təqdirdə Sərgən Yalçın qəbul edəcək.

Mediada “Neftçi”nin Sərgən Yalçına illik 1 milyon dollar təklif etdiyi, baş məşqçinin isə 2 milyon dollar tələb etdiyi barədə xəbərlər dərc edilmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti