“Neftçi” Rusiyada təlim-məşq toplanışı çərçivəsində yoxlama oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, “ağ-qaralar” Moskvada “Spartak”la qarşılaşıb.
Buna qədər Sankt-Peterburqda “Match TV” turnirində iştirak edən “Neftçi” Rusiyanın “Zenit” (1:3), Serbiyanın “Srvena Zvezda” (0:4) və Türkiyənin “Fənərbağça” (0:1) klubları ilə qarşılaşıb.
“Otkrıtiye Bank Arena”da keçirilən görüş Rusiya klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Spartak”ın heyətində 34-cü dəqiqədə Pavel Meleşin, 37-ci dəqiqədə isə Kuinsi Promes fərqləniblər.
"Spartak" (Moskva) - "Neftçi" 2:0
Qollar: Melyoşin 34, Promes,37

