"Beşiktaş" - "Neftçi": Saat xətasını kim edib?

17 Avqust 2023 13:00 Neftçi 1 370
"Beşiktaş" - "Neftçi": Saat xətasını kim edib?

"Neftçi"nin bu gün Türkiyədə "Beşiktaş"a qarşı keçirəcəyi Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununun başlama saatı dəyişdirilib.

Qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə 21:00-da yox, 22:00-da start götürəcək.

"Neftçi" artıq başlama saatının dəyişdirilməsinə aydınlıq gətirib.

Bu barədə "report"a “ağ-qaralar”ın Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev açıqlama verib:

"Beşiktaş" tərəfi də bizə dedi ki, sistemdə 21:00 (Bakı vaxtı ilə 22:00) göstərmişik. UEFA-nın səhvinin olduğunu deyiblər.

Avropa futbol qurumunun rəsmi saytında 20:00 (Bakı vaxtı ilə 21:00) göstərildiyi üçün hamı belə bilib. Dünən bizim yanımızda zəng etməyə çalışırdılar ki, UEFA səhvini düzəltsin".

Türkiyə futbolu üzrə ekspert Elçin Cəfərov da Sportinfo.az-a bununla bağlı açıqoama verib:

"Bir həftədir “Beşiktaş” - “Neftçi” matçının başlanma saatı yerli vaxtla 21:00 (Bakı vaxtı ilə 22:00) kimi göstərilib. Bunu İstanbul klubunun sosial şəbəkə hesablarındakı paylaşımlara diqqət yetirsək, görmək mümkündür.

Hətta qardaş ölkənin xəbər portallarında, televiziya kanallarında da qarşılaşmanın başlanma saatı yerli vaxtla 21:00 kimi yazılıb.

Ancaq “Neftçi”nin idarəçiləri buna diqqət göstərməyə gec qalıb. Guya ki, UEFA və “Beşiktaş” əvvəlcədən belə məlumat paylaşıb.

Amma Türkiyə təmsilçisinin rəsmi saytına, sosial media hesablarına nəzər yetirdikdə, bunun əksi üzə çıxır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar