Flavinyo: “Düzünü deyim, artıq "Neftçi"ni izləməyi dayandırmışam”

28 İyul 2023 06:50 Neftçi 850
Flavinyo: “Düzünü deyim, artıq "Neftçi"ni izləməyi dayandırmışam”

"Neftçi"dəki baş məşqçi dəyişikliyi və yeni mövsüm komandadan gözləntilərini bilmək üçün "ağ-qaralar"ın veteran kapitanı Flavinyoya müraciət etdik.

Sportinfo.az xəbər verir ki, sportal.az-a açıqlama verən braziliyalı artıq "Neftçi"ni izləmədiyini söyləyib.

2010-2015-ci illərdə "ağ-qaralar"ın formasını geyinmiş Flavinyo bunun səbəbini belə izah edib:

"Neftçi" mənim üçün hər zaman çox vacibdir. Oradan ayrıldıqdan sonra da daim diqqətdə saxlamışam, oyunlarına baxmışam.

Amma düzünü deyim, artıq "Neftçi"ni izləməyi dayandırmışam. Çünki klub üçün yaxşı nəsə gözləmirəm.

Sanki klubun gələcəyi, azarkeşləri barədə düşünülmür. İndiki vəziyyəti ancaq belə izah etmək olar.

İllər keçsə də, yenə də, eyni səhvlərə davam edirlər. Ona görə, geniş nəsə demək istəmirəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti