“Neftçi” ilə matçlarda daha yaxşı formada olmalı, daha yaxşı hazırlaşmalıyıq”

5 Avqust 2023 02:50 Neftçi 836
“Neftçi” ilə matçlarda daha yaxşı formada olmalı, daha yaxşı hazırlaşmalıyıq”

“Beşiktaş”ın baş məşqçisi Şenol Günəş Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Tirana” ilə (2:0, ilk oyun - 3:1) oyundan sonra üçüncü təsnifat mərhələsindəki rəqibləri olan “Neftçi” haqda danışıb.

Sportinfo.az xəbər verir ki, türkiyəli mütəxəssis həmin görüşlərə daha yaxşı hazırlaşmalı olduqlarını bildirib:

“Mövsümün əvvəlidir. Ona görə də hələ ki, oyunçular ideal formadan uzaqdırlar. Amma zaman keçdikcə daha yaxşı alınacaq.

Zədəlilər qayıtdıqdan sonra biz indikindən qat-qat güclü olacağıq. Qarşıda bizi “Neftçi” ilə matçlar gözləyir.

Daha yaxşı formada olmalıyıq. Daha yaxşı hazırlaşmalıyıq”.

“Neftçi” avqustun 10-da İstanbulda “Beşiktaş”ın qonağı olacaq. Cavab görüşü isə avqustun 17-də Bakıda baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!