"Neftçi" bu transferdən ötrü 200 min avrosundan keçdi

22 İyul 2023 01:50 Neftçi 1 885
"Neftçi" bu transferdən ötrü 200 min avrosundan keçdi

"Neftçi"nin macarıstanlı Mark Tamaşı transfer edəcəyi barədə məlumat vermişdik.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı mərkəz müdafiəçisinin Bakı klubuna hansı məbləğə başa gəldiyi müəyyənləşib.

Rumıniya mətbuatının yazdığına görə, "ağ-qaralar" təcrübəli futbolçu üçün "Sepsi"yə 200 min avro ödəyib.

Rumıniya klubu "Neftçi"nin təklifindən sonra Tamaşın müqaviləsini ləğv edib. Futbolçu yaxın günlərdə yeni komandasına qoşulacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti