“Neftçi”nin baş məşqçisi əlində olan “silahlar“ın azlığından gileyləndi

18 Avqust 2023 02:50 Neftçi 1 041
“Neftçi”nin baş məşqçisi əlində olan “silahlar“ın azlığından gileyləndi

“Əlimizdə olan “silahlar“la mübarizə apardıq“.

Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu deyib.

Rumıniyalı çalışdırıcı Konfrans Liqasında mübarizəni üçüncü mərhələdə dayandırmalarını şərh edib.

“Beşiktaş“a məğlubiyyətdən danışan mütəxəssis bəzi futbolçuların zədəli olmasına baxmayaraq, yaxşı mübarizə apardıqlarını düşünür:

“Strategiyaya nəzər yetirsək, gücümüzdən səmərəli istifadə etdik. “Beşiktaş”ın ehtiyatında 12, bizim isə 5 futbolçumuz var idi ki, xidmətindən yararlana bilərdik.

Oyunçu sayı az olmasına baxmayaraq, bura turist kimi gəlmədiyimizi göstərdik”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!