“Alınmır, bilmirəm, deyə bilmərəm” - "Neftçi"nin müdafiəçisi

13 İyul 2023 02:40 Neftçi 1 129
“Alınmır, bilmirəm, deyə bilmərəm” - "Neftçi"nin müdafiəçisi

"Neftçi"nin müdafiəçisi Solomon Kverkveliya Rusiya mətbuatına müsahibə verib.

Sportinfo.az xəbər verir ki, gürcü futbolçu "Neftçi"nin "Zenit"ə (1:3) və "Srvena Zvezda"ya (0:4) məğlubiyyətini şərh edib.

Bununla yanaşı, ümumilikdə turnir barədə fikirlərini bildirib:

- Çox yaxşı turnirdir. Burada çox güclü klublar iştirak edir. Bizim üçün təlim-məşq toplanışı kimidir. Doğrudur, hələ ki, alınmır. Təbii ki, nəticələr xoşagəlməzdir.

- Rusiyaya qayıtmaq istəyərdiz?

- Bilmirəm.

- Rusiyadan təkliflər olub?

- Deyə bilmərəm.

- Var idi?

- Bu haqda bir söz deyə bilmərəm.

31 yaşlı Solomon Kverkveliya əvvəllər Rusiyada "Rubin", "Nefteximik", "Lokomotiv" və "Rotor"da çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti